Bakıda yaşayış komplekslərinin 85 faizi kanalizasiya şəbəkəsi ilə təmin olunacaq

Bakıda yaşayış komplekslərinin 85 faizi kanalizasiya şəbəkəsi ilə təmin olunacaq
# 22 iyun 2021 16:44 (UTC +04:00)

“Bakıda kanalizasiya şəbəkəsi zəifdir”.

APA-nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.

O bildirib ki, Baş Plan çərçivəsində yaşayış komplekslərinin 85 faizinin tamamilə kanalizasiya şəbəkəsi ilə təmin olunması nəzərdə tutulur: “Bunun ətrafında müxtəlif tədbir və hədəflər irəli sürülüb. Bu hədəflərə kanalizasiya şəbəkəsinin yağış kanalizasiya sistemindən ayrılması, suyun təkrar istifadə edilməsi, dənizə birbaşa çirkli suların axıdılması kimi halların qarşısının alınması da daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR