Bakıda yol qəzası ilə əlaqədar bir sıra marşrut avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib

Bakıda yol qəzası ilə əlaqədar bir sıra marşrut avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib
# 31 avqust 2021 08:46 (UTC +04:00)

Bakıda Tbilisi prospekti ilə Cavadxan küçəsinin kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, gecə saatlarında 20 Yanvar dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinin xüsusi texnikası əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR