Bakının mərkəzi hissəsinə hansı ərazilərin daxil olduğu açıqlanıb

Bakının mərkəzi hissəsinə hansı ərazilərin daxil olduğu açıqlanıb
# 22 iyun 2021 16:27 (UTC +04:00)

“Bakı şəhərinin mərkəzi rayonunun özü qərbdən Nərimanov prospekti, cənubdan Neftçilər prospekti, sağda Xəqani Rüstəmov, şimalda isə Bakıxanov küçələrini əhatə edən ərazidir”.

APA-nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, bu ərazinin daxilində xüsusi mühafizə zonası nəzərdə tutulur: “Bu, Baş planın strateji hədəflərindən biridir. Mərkəzi rayonun xüsusi mühafizə zonası - İçərişəhər onu əhatə dairəsini, yaxın ətrafda yerli və ölkə əhəmiyyətli tarixi memarlıq və mədəniyyət abidələrinin daha sıx yerləşdiyi ərazini əhatə edir. Bu isə təxmini qeyd edtiyim ərazinin hüdudlarından Füzuli küçəsinə qədər, cənubda Neftçilər prospekti, sağdan Yusif Səfərov küçəsi və digər tərəfdən də Nərimanov prospektini əhatə edən ərazidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR