Balakəndə 69 yaşlı kişi ağacdan yıxılaraq ölüb - VİDEO

Balakəndə 69 yaşlı kişi ağacdan yıxılaraq ölüb - VİDEO
# 16 sentyabr 2021 10:24 (UTC +04:00)

Balakəndə 69 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Kortala kəndində baş verib.

Kənd sakini, 1952-ci il təvəllüdlü Həsən Məmməd oğlu Umrayev ağacdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR