Baş direktor: “Marixuananın yüngül narkotik vasitə sayılması fikri yanlışdır”

Baş direktor: “Marixuananın yüngül narkotik vasitə sayılması fikri yanlışdır”
# 08 dekabr 2021 15:29 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov marixuananın narkotik vasitə olmaması ilə bağlı iddialara münasibət bildirib.

APA-nın xəbərinə görə, “Narkomaniya ilə mübarizə" mövzusunda canlı yayımda O. Cəfərov bildirib ki, bu, tamamilə yanlışdır.

“O, fiziki asılılıq yaratmır, amma psixi asılılıq yaradır. Marixuananı insanlar yüngül narkotik vasitə sayır, bu, yanlış fikirdir. Marixuanadan narkotik istifadəçiləri tramplin kimi istifadə edir, sonra daha ağır narkotik vasitələrin istifadəsinə başlayırlar. Marixuanadan bir müddət istifadə edəndən sonra ondan alınan eyforiya hissi bir neçə saata itir”, - baş direktor qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR