Baş direktor: “Narkotik istifadəçiləri arasında QİÇS-in yayılmasının qarşısının alınması üçün proqram icra olunur”

Orxan Səfərov

© APA | Orxan Səfərov

# 30 noyabr 2021 12:12 (UTC +04:00)

“Narkotik istifadəçiləri arasında QİÇS xəstəliyinin yayılmasının qarşısının alınması üçün proqram icra olunur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

O bildirib ki, hazırda 3 mərkəzdə narkotik aludəçilərinə gündəlik tələb olunan əvəzedici preparat olan metadon verilir: “Amma onlar bu preparatdan daha çox dozada aparmağa cəhd edirlər və ya digər narkotiklələ əvəz etməyə cəhd göstərirlər. Biz gündəlik rastlaşdığımız pasiyentlər bu preparatla artıq iş yerlərinə qayıda bilir. Digər narkotik vasitələrin istifadəsinə ehtiyac qalmır. Bu preparat maye formasında qəbul edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR