Baş direktor: "Narkotik istifadəçilərində sağalma 3-4 faiz təşkil edir"

Orxan Cəfərov

© APA | Orxan Cəfərov

# 08 dekabr 2021 15:21 (UTC +04:00)

“Hazırda narkotik istifadəçilərinin müəyyən olunması üçün ekspress testlərdən istifadə edilir”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsində “Narkomaniya ilə mübarizə" mövzusunda canlı yayımında Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

O bildirib ki, narkotik istifadəçiləri müalicə üçün əsasən gec müraciət edirlər: “Bizə müraciət edəndə onların daxili orqanları məhv olmuş vəziyyətdə olur”.

O. Cəfərov Narkoloji Mərkəzdə müalicə alanların sonradan yenə də narkotik istifadəsinə başlaması məsələsinə də münasibət bildirib: “ÜST-ün məlumatına görə, narkotik vasitəni istifadə edən şəxslərdə sağalma 3-4 % təşkil edir. Bu, çox azdır. Bunlarda daha çox dayanma, ya da remissiya baş verir. Narkotikə görə həm mərkəzdə, həm də regionlarda reabilitasiya mərkəzlərində yenidən müalicə alanlar var. Müalicə bitdikdən sonra narkotik istifadəçilərində buna yenidən müraciət etmə təhlükəsi 7-8 il qalır. Ona görə də müalicədən sonra bu şəxslərlə işləmək lazımdır. Detox mərhələsindən sonra reabilitasiya mərhələsini keçməyən pasiyentlər yenidən narkotikdən istifadəyə başlaya bilir. Digər tərəfdən narkotik istifadəçilərini müalicədən sonra ətraf qəbul etmir. Hüquq-mühafizə orqanları onlara cinayətkar, ailə isə ailəni məhv etmiş şəxs kimi baxır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR