Baş infeksionist: “İki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil”

Baş infeksionist: “İki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil”
# 15 sentyabr 2021 15:28 (UTC +04:00)

“RnT viruslar daha çox dəyişir”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, COVID virusu da RnT tərkibli virus olduğu üçün dəyişir, mutasiayaya uğrayır: “Harada yoluxma sayları çoxdur, orada virusun mutasiyaya uğraması şəraiti də yüksəkdir. Ona görə, əksər ölkələrdə peyvəndin bərabər paylanılmasına çalışılır ki, virus mutasiyaya uğramasın”.

Baş infeksionist qeyd edib ki, iki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil: “Bunun digər səbəblərini araşdırmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR