Baş infeksionist: "Koronavirusa yoluxduqda yaranan təbii immunitet 6-8 aydan sonra aşağı düşür"

Baş infeksionist: "Koronavirusa yoluxduqda yaranan təbii immunitet 6-8 aydan sonra aşağı düşür"

© APA | Baş infeksionist Təyyar Eyvazov

# 15 sentyabr 2021 15:19 (UTC +04:00)

“Xəstəliyə yoluxduqdan sonra əmələ gələn təbii immunitet 6-8 aydan sonra aşağı düşür”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, buna görə 3-cü dozanın (buster) vurulması məsləhət görülür: “Xüsusən xronik xəstəliyi olanlarda formalaşan immunitet müddəti daha az ola bilər. Buna görə xəstəlik keçirən insan da rahat olmamalı, özünü qorumalıdır”. Onun sözlərinə görə, iki doza “Sinovac” vurdurduqdan sonra 3-cü doza yeni vaksinin vurulması buster doza deyil: “Bu, artıq yeni vaksinasiyadır. Peyvənd olunması ağırlaşma və ölüm hallarının minimuma enməsi üçündür. Peyvənd effektivliliyi rəsmi olaraq 80 faiz bəyan olunursa, bu, o demək deyil ki, 80 faiz insan yoluxmayacaq. Peyvənd almayanlardan 10 nəfəri xəstələnirsə, peyvənd olunanlardan 2 nəfər xəstələnir. Yəni, eyni mühitdə peyvəndin qoruyuculuğunu görürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR