Baş infeksionist: "Temperaturun 25 dərəcədən yüksək olması koronavirusun qarşısını ala bilmir"

Baş infeksionist Təyyar Eyvazov

© APA | Baş infeksionist Təyyar Eyvazov

# 04 iyun 2021 14:13 (UTC +04:00)

“Havanın temperaturunun 25 dərəcədən yüksək olması belə koronavirusun qarşısını ala bilmir. Günəş şüaları ancaq açıq havada virusa öldürücü təsir göstərir, qapalı mühitdə isə yoluxmanın qarşısı alınmır”.

APA-nın məlumatına görə, bunu baş infeksionist Təyyar Eyvazov "Yay aylarında COVID-19" mövzusunda çıxışında deyib.

O deyib ki, istənilən halda infeksiyanın yayılmasına səbəb insanların yaxın təması və virusa qarşı həssaslığıdır. Fəslin koronavirusa təsiri varmı, bunu hələ bilmirik. Zamanla bu suala da aydınlıq gətiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR