Baş nazirin müavini AK Partiyanın sədr müavini ilə görüşüb

Baş nazirin müavini AK Partiyanın sədr müavini ilə görüşüb

© APA | Baş nazirin müavini AK Partiyanın sədr müavini ilə görüşüb

# 27 iyul 2021 18:04 (UTC +04:00)

İyulun 27-də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, görüş zamanı Baş nazirin müavini Ə.Əhmədov artıq Azərbaycan və Türkiyənin Ulu öndər Heydər Əliyevin elan etdiyi “Bir millər iki dövlət” formulası ilə yaşadığını qeyd edib. Türkiyənin 44 günlük savaş zamanı Azərbaycana verdiyi dəstəyi və savaşdan sonra azad olunmuş rayonların bərpasında Türkiyə şirkətlərinin iştirakı bunun parlaq nümunələridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri iki dövlətin əlaqələrində mühüm rol oynayır.

Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əlaqələrinin inkişafı bütün sahələrdəki əməkdaşlığa əlavə stimul verir.

Numan Kurtulmuş bildirib ki, Qarabağın azadlığı uğrunda savaş önəmli bir Zəfərdir və dünyada yeni bir dövrün başlanğıcı oldu. O, “Azərbaycanın Qarabağ savaşı Türkiyənin də iftixar yeridir” deyib. Bu Zəfərin miqyası qarşıdakı illərdə daha aydın görünəcək. İki dövlətin Prezidentlərinin münasibətləri mükəmməldir və xalqların qarşılıqlı münasibətinə uyğundur.

N.Kurtulmuş qeyd edib ki, YAP və Ədalət və İnkişaf Partiyasının gənclər və qadınlar təşkilatlarının əməkdaşlığının daha da drinləşdirilməsi və genişləndirilməsi, iki ölkənin regionlarına qarşılıqlı səfərlərin təşkili məqsəduyğun olardı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR