Baş pediatr: “Altı aya qədər uşaq hər ay müayinə olunmalıdır”

Baş pediatr: “Altı aya qədər uşaq hər ay müayinə olunmalıdır”

© APA | Baş pediatr Erkin Rəhimov

# 26 iyul 2021 14:42 (UTC +04:00)

“Yeni doğulan uşaq evə buraxıldıqdan üç-dörd gün sonra pediatr müayinəsinə aparılmalıdır”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, növbəti müayinə 15 gündən sonra olmalı, altı aya qədər isə uşaq hər ay müayinə olunmalıdır: “Altı aydan üç ilə qədər olan müddətdə isə bir-iki ay aralıqla müayinələr aparılmalıdır. Yeddi yaşa qədər uşaqları ildə ən azı bir dəfə pediatra aparmaq lazımdır. Təbii ki, uşağın gözü, dişi ağrıyarsa, bu zaman həmin sahə üzrə həkimə müraciət edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR