Baş pediatr:  “Öskürək peyvənd üçün əks göstəriş deyil”

Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov

© APA | Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov

# 09 iyul 2021 15:49 (UTC +04:00)

“Öskürək peyvənd üçün əks göstəriş deyil”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov "Uşaqların vaksinasiyası" mövzusunda çıxışında deyib.

O bildirib ki, astma əlaməti olaraq ara-ara öskürək olsa belə, bu da əks göstəriş deyil. Həkim qeyd edib ki, bir çox ölkələr tərkibində civə olan peyvəndləri milli təqvim proqramından çıxarıb: “İndiki istehsal prosedurları təkmilləşib və zərərlər minumuma enib. İnsanlarda isə bəzi qorxular qalıb. Bir çox ölkədə peyvənd məcburi olub, uşaqlara peyvənd vurdurmadan onları bağçaya qoya, məktəbə göndərə bilməzlər. Valideynlər maariflənməlidirlər ki, bizim ölkədə uşaqlar vaxtında peyvənd olunsun, sadə xəstəliklərdən dünyasını dəyişməsinlər”.

E.Rəhimov deyib ki, peyvənd zamanı ən çox yerli reaksiya olur, peyvənd vurulan yerdə qızartı, səpki əmələ gəlir: “Bir neçə gün istilik hiss oluna bilər. Bu, bir neçə gün sonra keçir. Bəzən həmin hissə irinləyə bilir və bu hallar bir neçə ay davam edir. Bir neçə gündən sonra isə temperatur 38.5 dərəcəyə qədər qalxa bilər. Peyvənddən sonra uşaqda qıcolma, huşu gedirsə, süstlük hiss edirsizsə, o zaman həkimə müraciət etmək lazmdır. Bunlar çox nadir müşahidə olunan yan təsirlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR