Baş pediatr: ""Pfizer”in risk qrupunda olan 12 yaşdan yuxarı uşaqlara vurulması tövsiyə olunur"

Baş pediatr: ""Pfizer”in risk qrupunda olan 12 yaşdan yuxarı uşaqlara vurulması tövsiyə olunur"
# 09 iyul 2021 15:13 (UTC +04:00)

“ÜST koronavirusa qarşı 6 peyvəndi təsdiqləyib, həmin peyvəndlərdən birinin 12 yaşdan yuxarı şəxslərə tətbiq olunmasına başlanılıb”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov "Uşaqların vaksinasiyası" mövzusunda çıxışında deyib.

O bildirib ki, bu, “Pfizer” vaksinidir: “Bu, rahatlıqla uşaqlara vurula bilər. Hazırda digər vaksinlərin uşaqlara tətbiqi ilə bağlı araşdırmalar gedir. Təxminim odur ki, yaxın zamanda 2-3 peyvəndin uşaqlara vurulması mümkün olacaq. Əgər “Pfizer” vaksini əlçatandırsa, 12 yaşdan yuxarı, xüsusən risk qrupu olan uşaqlara vurulması tövsiyə olunur”.

O deyib ki, COVID 19-la bağlı risk qrupunda olan uşaqlar xroniki böyrək, ürək, ağciyər, qaraciyər xəstəlikləri olanlardır: "Xüsusən ağciyərlərində problemi olanlar bu qrupa aiddir. Həmçinin COVID-lə bağlı 1 yaş altındakı uşaqlar da risk qrupudur, amma onlar üçün hazırda koronavirus əleyhinə dünyada təsdiqlənmiş peyvənd yoxdur. Amma Amerika artıq 12 yaşdan yuxarı uşaqlara “Pfizer” vaksinini vurur“.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR