Baş prokuror: “11 yaşlı qızın dünyaya uşaq gətirməsinə görə şübhəli şəxs tutulub”

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 01 noyabr 2021 15:05 (UTC +04:00)

Baş prokuror Kamran Əliyev İmişli rayonda 11 yaşlı qızın dünyaya uşaq gətirməsinə münasibət bildirib.

APA-nın məlumatına görə, Baş Prokuror deyib ki, İmişlidə baş vermiş hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

“İlkin hadisə prokurorluğa bəlli olandan sonra dərhal faktla bağlı cinayət işi açılıb. Qısa müddət ərzində şübhəli şəxs müəyyən edilib, saxlanılıb. İntensiv hərəkətlər gedir. Həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, ona qarşı konkret ittiham irəli sürülməsi məsələsi mövcud sübutlar əsasında həll ediləcək. Bu, çox ciddi məsələdir, daim nəzarətdə saxlayırıq", - deyə Baş prokuror qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR