Baş prokuror Kamran Əliyev Sankt-Peterburqa gedib - FOTO

Baş prokuror Kamran Əliyevin Sankt-Peterburqa səfəri

© APA | Baş prokuror Kamran Əliyevin Sankt-Peterburqa səfəri

# 07 iyul 2021 11:04 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiasiyasının birgə təşkilatçılığı ilə 7-8 iyul tarixlərində keçiriləcək Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə gedib.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

“Avropa İnsan Hüquqları Konvensiyanın tələbləri kontekstində fərdi hüquqlar və ictimai maraqların qorunmasında prokurorluğun rolu” mövzusunda keçirilən konfrans çərçivəsində bir sıra xarici dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR