Baş Prokurorluğun əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Baş Prokurorluğun əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
# 01 oktyabr 2021 09:31 (UTC +04:00)

Azərbaycan Prokurorluğunun yaradılmasının 103-cü ildönümü münasibətilə Baş Prokurorluğun əməkdaşları oktyabrın 1-də Fəxri xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

APA-nın xəbərinə görə, prokurorluq əməkdaşları mərhum prezident Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.

Şəhidlər xiyabanına gələn prokurorluq əməkdaşları Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR