Baş Prokurorluq: Altı ayda 6643 vətəndaşa müvafiq hüquqi izahlar verilib

Baş Prokurorluq: Altı ayda 6643 vətəndaşa müvafiq hüquqi izahlar verilib
# 22 iyul 2021 14:50 (UTC +04:00)

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, bu günün rəqəmi 6643-dür.

Belə ki, 2021-ci ilin I yarımili ərzində 6643 halda Baş Prokurorluğun “961” nömrəli “Çağrı Mərkəzi”nə müraciət etmiş vətəndaşlara müvafiq hüquqi izahlar verilmişdir.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR