Baş Prokurorluq ekshumasiya ilə bağlı maarifləndirici videomaterial hazırlayıb - VİDEO

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 19 avqust 2021 10:37 (UTC +04:00)

Baş Prokurorluq ekshumasiya ilə bağlı maarifləndirici videomaterial hazırlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən prokurorluğun fəaliyyət sferaları ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıB.
Hazırda təqdim olunan videoda “Heç bilirdinizmi ekshumasiya nədir?” mövzusu vətəndaşlara izah edilib.
Videomaterial Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR