Baş Prokurorluq saxta “səyahət turlarını” satan şirkətlərə xəbərdarlıq edib

Baş Prokurorluq saxta “səyahət turlarını” satan şirkətlərə xəbərdarlıq edib

© APA | Baş Prokurorluq saxta “səyahət turlarını” satan şirkətlərə xəbərdarlıq edib

# 06 oktyabr 2021 16:14 (UTC +04:00)

Baş Prokurorluq saxta “səyahət turlarını” sataraq vətəndaşlara qarşı dələduzluq edən şirkətlərin və onların nümayəndələrinin xəbərdarlıq edib.

Baş Prokurorluğun mətbuart xidmətindən APA-ya verilən məlumata görə, son zamanlarda ölkə ərazisində turizm şirkətlərinin sayı olduqca artmaqdadır. Həmin şirkətlər müxtəlif marketinq üsullarından istifadə etməklə “isti təkliflər” təqdim edib özlərinə müştəriləri cəlb edir. Bir çox hallarda vətəndaşlar bu kimi təkliflərə aldanaraq kifayət qədər məlumat əldə etmədikləri, tanımadıqları turizm şirkətlərindən saxta “səyahət paketlərini” almağa tələsirlər və nəticədə dələduzluq əməllərinin qurbanlarına çevirirlər.

Səyahət etmək istəyən şəxslərə xarici ölkələrə tur aldıqları şirkətlərin etibarlılığına diqqət yetirmələrini və yalnız müvafiq rəsmi qeydiyyatdan keçmiş turizm şirkətlərinə ödəniş etmələrini tövsiyə edirik.

Azərbaycan Respublikası Baş Prokurorluğu saxta “səyahət turlarını” sataraq vətəndaşlara qarşı dələduzluq edən şirkətlərin və onların nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR