Bayram günlərinin hava proqnozu açıqlanıb

Bayram günlərinin hava proqnozu açıqlanıb
# 17 iyul 2021 13:35 (UTC +04:00)

Bayram günlərinin hava proqnozu açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, bayram günlərində hava şəraiti isti keçəcək, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-38°, 20-21-də bəzi yerlərdə 40° isti olacaq.

Respublikanın rayonlarında havanın temperaturunun 35-40° isti, 20-22-də isə bəzi aran rayonlarında 42-44°-dək yüksələcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR