BDU-nun professoru və dosenti vəfat edib

Nizami Xəlilov

© APA | Nizami Xəlilov

# 09 noyabr 2021 13:26 (UTC +04:00)

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Qasım oğlu Xəlilov koronavirusdan vəfat edib.

Universitetdən APA-ya verilən məlumata görə, 72 yaşında dünyasını dəyişən Nizami Xəlilov 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 2003-cü ildən BDU-nun Filologiya fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini, 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru olub. Müxtəlif illərdə bir çox beynəlxalq elmi konfranslarda iştirak edib.

Həmçinin Universitetin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti Aşur Müseyib oğlu Əliyev də vəfat edib.

A. Əliyevin ölümünə səbəb ürək çatışmazlığı olub.

O, 1965-1969-cu illərdə BDU-nun Kitаbхаnаçılıq fаkültəsində təhsil alıb. 75 yaşında dünyasını dəyişən Aşur Əliyev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1991-ci ildə “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixi və müasir vəziyyəti (1920-1985-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Uzun müddət fakültədə dekan müavini vəzifəsində çalışıb. 1992-ci ildən Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR