Bərdədə alkoqolsuz içkilərin istehsalı müəssisəsində qanunsuzluqlar aşkarlanıb

Bərdədə alkoqolsuz içkilərin istehsalı müəssisəsində qanunsuzluqlar aşkarlanıb

© APA | Bərdədə alkoqolsuz içkilərin istehsalı müəssisəsində qanunsuzluqlar aşkarlanıb

# 29 iyun 2021 15:12 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə rayonu, Muğanlı kəndində fəaliyyət göstərən fiziki şəxs Ələsgərov Xəqani Əliağa oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsinə baxış keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Bundan başqa, alkoqolsuz içkilərin üzərindəki etiket məlumatlarında məhsulun saxlama müddəti 30 gün olduğu halda, heç bir əsas olmadan 60 gün artırılaraq 90 gün qeyd edildiyi məlum olub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR