Beyləqanda qanunsuz fəaliyyət göstərən süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb

Beyləqanda qanunsuz fəaliyyət göstərən süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
# 27 sentyabr 2021 11:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Beyləqan rayonu, Dünyamalılar kəndində fəaliyyət göstərən, fiziki şəxs Qaryağdı Təhməzova məxsus süd qəbulu məntəqəsinə baxış keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Belə ki, müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb və süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR