Bəzi şənlik mərasimlərində pandemiya tələblərinin pozulduğu aşkarlanıb

Bəzi şənlik mərasimlərində pandemiya tələblərinin pozulduğu aşkarlanıb
# 09 iyul 2021 15:49 (UTC +04:00)

İyulun 8-də Masallı rayonunun Qəzvinoba kəndində fəaliyyət göstərən, fiziki şəxs Xəlilov Ruhi Tofiq oğluna məxsus “Məkan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən məlumata görə, toy mərasiminin keçirildiyi zalın sahəsi normativ tələblərə müvafiq olaraq 128 nəfərə xidmət etmək üçün uyğun olduğu halda, 150 nəfərlik şənlik mərasiminin keçirilməsi üçün müvafiq portala rəsmi müraciət olunub və keçirilən baxış zamanı şənlik mərasiminin 270-dən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Bundan əlavə, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Musayev Elvin Fizuli oğluna məxsus “Kral” şadlıq sarayı, Ağsu şəhəri, S. Vurğun küçəsində fəaliyyət göstərən, fiziki şəxs Qəniyev Elvin Zahir oğluna məxsus "Asiman" şadlıq sarayında da aparılan nəzarət tədbirləri zamanı karantin rejimlərinin pozulması faktları aşkar edilib. Bununla bağlı inzibati protokol tərtib olunub və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR