Bir qrup Ağdam sakininin Ağdam rayonuna səfəri təşkil olunub - YENİLƏNİB - VİDEO

Ağdam, bir qrup sakininin səfəri

© APA | Ağdam, bir qrup sakininin səfəri

# 05 sentyabr 2021 13:19 (UTC +04:00)

Ağdam rayonunun bir qrup sakininin Ağdam rayonuna səfəri təşkil olunub.

APA-nın əməkdaşı xəbər verir ki, səfər Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin xətti ilə təşkil edilib.

Bir qrup Ağdam sakini və rayon ictimaiyyəti nümayəndələrinin rayonun müxtəlif yerlərinə baş çəkməsi, işğal müddətində erməni faşistləri tərəfindən dağıdılmış yurd yerlərini ziyarət etməsi nəzərdə tutulur.

***

saat 11.11

“Bu gün bir qrup Ağdam sakini ilk dəfə olaraq şəhərə səfər edirlər!”.

APA-nın məlumatına görə, bunu “Tvitter”də paylaşımında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

“Yolumuz Ağdama”, - deyə E. Hüseynov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR