Bir qrup jurnalistin Füzuli rayonuna səfəri başlayıb

Bir qrup jurnalistin Füzuli rayonuna səfəri başlayıb

© APA | Jurnalistlərin işğaldan azad olunan Füzuliyə səfəri

# 16 iyun 2021 10:08 (UTC +04:00)

Bir qrup jurnalistin işğaldan azad olunan Füzuli rayonuna səfəri başlayıb.

APA-nın xəbərinə görə, səfər Medianın İnkişafı Agentliyi, AZAL, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), “Azərenerji” ASC və "Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC-nin təşkilatçılığı ilə keçirilir.

Səfər zamanı jurnalistlər Füzuli Beynəlxalq Hava Limanında, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tuneldə, Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olacaqlar.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR