Birinci Qarabağ müharibəsində şəhid olan naməlum şəxslərlə bağlı ekspertizanın bir hissəsi Moskvada aparılır

Xanlar Vəliyev

© APA | Xanlar Vəliyev

# 01 noyabr 2021 12:04 (UTC +04:00)

“Birinci Qarabağ müharibəsində şəhid olan naməlum şəxslərin məzarlarıyla əlaqədar iş aparılır, ekspertizalar təyin olunur”.

APA-nın məlumatına görə, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

X. Vəliyev deyib ki, ekspertizanın bir hissəsi Moskvada ekspertiza institutlarında həyata keçirilir: “Ekspertizanın bir hissəsinin nəticələri olub, digərləri isə davam edir. Çünki bu, asan iş deyil. Burada çoxsaylı insanın gen ekspertizası həyata keçirilməlidir. Onların da bəzilərinin valideynləri həyatda deyil, ona görə də gərək uyğun olaraq digər qohumlar tapılsın, onlardan nümunələr götürülsün. Burada söhbət bir neçə min insandan gedir. Yəni, işin həcmi böyük olsa da, proses davam edir. Nəticələr də var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR