BMT: 2022-ci ildə dünyada 45 mln. insan aclıqla üzləşə bilər

BMT: 2022-ci ildə dünyada 45 mln. insan aclıqla üzləşə bilər
# 02 dekabr 2021 15:24 (UTC +04:00)

2022-ci ildə 43 ölkədən təxminən 45 mln. insan aclıqla üzləşə bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin 2022-ci il üzrə Qlobal Humanitar İcmalında bildirilir.

"Həddindən artıq yoxsulluq yenidən artmaqdadır. 43 ölkədə 45 mln. insan üçün aclıq qorxunc bir perspektiv olaraq qalır", - sənəddə deyilir.

Ən çox ehtiyacı olan 173 mln. insana yardım göstərmək üçün 41 mln. ABŞ dolları lazımdır.

Bundan əvvəl, UNICEF-in Əfqanıstandakı ofisinin kommunikasiya şöbəsinin rəhbəri Samanta Mort ölkədə 1 mln. çox uşağın aclıqdan ölmək ərəfəsində olduğunu bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR