BMT QAK erməni təcüvüzündən zərər çəkən ailələrə 738 min dollarlıq yardım göstərəcək

BMT QAK erməni təcüvüzündən zərər çəkən ailələrə 738 min dollarlıq yardım göstərəcək
# 30 sentyabr 2021 16:33 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) arasında “Əsas yardım/qeyri-qida vasitələrinin ianə edilməsi haqqında” razılaşma sənədi imzalanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, sənədi Agentliyin sədri Vüqar Behbudov və BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso imzalayıb.

V. Behbudov bildirib ki, Ermənistan silahlı qüvvələrinin təcavüzündən zərər çəkmiş ailələrə BMT QAK tərəfindən müvafiq ləvazimatlar formasında hümanitar yardım göstərilməsi nəzərdə tutulub.

Bu məqsədlə oktyabr ayında Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Gəncə, Goranboy rayonlarında yaşayan və erməni təcavüzündən zərər çəkmiş ailələrə BMT QAK-ın yardımı olaraq qeyri-ərzaq dəstləri paylanacaq. Humanitar yardımların ailələrə çatdırılması, bu sahədə nəzarət-monitorinqin həyata keçirilməsi işləri Sosial Xidmətlər Agentliyi tərəfindən yerinə yetiriləcək.

Q.Ambroso bu dəfəki yardımların digər humanitar yardımlardan həcminə görə ciddi fərqləndiyini qeyd edib.

Ümumi dəyəri 738 min ABŞ dolları olan qeyri-qida vasitələrinin ianə edilməsində ciddi nəzarət-monitorinq sisteminin olacağı, prosesə sözügedən regionlarda humanitar yardımlarla bağlı ixtisaslaşmış əməkdaşların cəlb ediləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR