BNA “Formula-1”lə əlaqədar sürücülərə müraciət edib

Mais Ağayev

© APA | Mais Ağayev

# 26 may 2021 15:24 (UTC +04:00)

“İctimai nəqliyyat vasitələrinin hərəkət sxemində dəyişiklik edilməsində məqsəd “Formula-1” oyunları davam etdiyi müddətdə şəhər əhalisinin ictimai nəqliyyata əlçatanlığını təmin etməkdir”.

APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O, sürücülərə müraciət edərək zərurət olmadığı müddətdə oyunlar davam etdiyi günlərdə şəhərin mərkəzinə şəxsi avtomobillə gəlməməyə, ictimai nəqliyyatdan istifadə etməyə çağırıb: “Bu, ictimai nəqliyyatın rahat və maneəsiz hərəkəti üçün vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR