BNA-nın “Nəqliyyat Könüllüləri” proqramına qəbul üzrə müsahibə başa çatıb

BNA-nın “Nəqliyyat Könüllüləri” proqramına qəbul üzrə müsahibə başa çatıb
# 02 iyun 2021 09:50 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Könüllüləri” proqramına qəbul üzrə müsahibə mərhələsi başa çatıb.

BNA-dan APA-ya verilən məlumata görə, müraciət edən 400 nəfər namizəddən 168 nəfər müsahibə mərhələsinə seçilib və 47 nəfəri uğur qazanaraq könüllülük proqramına qəbul olunub.

Seçilən könüllülər Agentliyin struktur bölmələrində, eləcə də tabeli qurumlarda fəaliyyətə cəlb olunacaq.

Könüllülərin fəaliyyətləri ilə bağlı yenilik və dəyişikliklər “Nəqliyyat Könüllüləri”nin sosial şəbəkələrdəki rəsmi səhifələrində mütəmadi olaraq yayımlanacaq.

Xatırladaq ki, bu, sayca üçüncü könüllülük proqramıdır. 2020-ci ildə keçirilən proqram çərçivəsində 60 nəfər iştirak edib. 36 nəfər məzun adını qazanıb, 4 nəfər isə Bakı Nəqliyyat Agentliyində işlə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR