Bölgələrdəki 12-15 yaşlı yeniyetmələrin harada vaksinasiyadan keçəcəyi məlum olub

Bölgələrdəki 12-15 yaşlı yeniyetmələrin harada vaksinasiyadan keçəcəyi məlum olub
# 05 oktyabr 2021 13:23 (UTC +04:00)

Səhiyyə Nazirliyi bölgələrdəki 12-15 yaşı tamam olmuş yeniyetmələrin harada vaksinasiyadan keçəcəyinə aydınlıq gətirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bölgələrdə olan 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Qeyd edək ki, hazırkı epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası 12-15 yaşlı yeniyetmələrə vaksin vurula biləcəyi ilə bağlı qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR