Botanika İnstitutuna direktor vəzifəsini icra edən təyin olunub

Botanika İnstitutuna direktor vəzifəsini icra edən təyin olunub
# 19 oktyabr 2021 13:14 (UTC +04:00)

Biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva AMEA Botanika İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib.

İnstitutdan APA-ya verilən xəbərə görə, o, kollektivə təqdim edilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq bildirib ki, 85 ildən artıq fəaliyyət göstərən Botanika İnstitutu Akademiyanın qabaqcıl müəssisələrindən biri olaraq elmi nailiyyətləri ilə hər zaman seçilib, botanika elminin inkişafında və elmi kadrların yetişdirilməsində böyük rol oynayıb.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvu Novruz Quliyev S.İbadullayevanın ictimai, elmi və pedaqoji fəaliyyətindən, iş təcrübəsindən bəhs edib. Onun rəhbər kimi fəaliyyətinin İnstituta uğurlar gətirəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR