BQXK: Münaqişə ilə bağlı saxlanılan şəxslərin yerinin monitorinqi üçün bu il 15-dən çox müəssisəyə baş çəkilib

İlahə Hüseynova

© APA | İlahə Hüseynova

# 13 oktyabr 2021 11:00 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə ilə bağlı saxlanılmış şəxslərə ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq, onlarla rəftar və saxlama şəraitini yoxlamaq məqsədilə baş çəkib.

APA-nın xəbərinə görə, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, qurum tərəfindən saxlanılan şəxslərin saxlanma şəraitinin, təqdim olunan müalicənin və məhkəmə təminatlarının monitorinqi məqsədilə bu ilin yanvar-iyun ayları ərazində 15-dən çox müəssisəyə baş çəkilib.

İ.Hüseynova qeyd edib ki, saxlanılan şəxslərə öz ailələrinə zəng etməkləri üçün 260 telefon kartı və ən həssas təbəqəyə daxil olan məhbuslara isə 287 yardım bağlaması təqdim edilib.

İ. Hüseynova onu da deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları təkcə münaqişə nəticəsində saxlanılan şəxslərlə deyil, həmçinin də Azərbaycan hökuməti ilə razılaşma nəticəsində Azərbaycanda olan başqa saxlanma yerlərinə də baş çəkir.

Onun sözlərinə görə, bura daxili qanunvericilik nəticəsində saxlanılan şəxslər aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR