BŞTİ müdiri: "Bütün təhsil işçiləri vaksinasiyadan keçərsə, əyani tədrisə qayıtmaq olar"

Mehriban Vəliyeva

© APA | Mehriban Vəliyeva

# 24 iyun 2021 10:21 (UTC +04:00)

“Növbəti tədris ilində hibrid, yoxsa tam əyani tədrisə keçiləcəyi barədə dəqiq fikir söyləmək çətindir. Tam vaksinasiya həyata keçirilərsə, tam əyani tədrisə keçmək də nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, amma bu, yenə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq: "Biz ümidliyik və düşünürük ki, tam əyani tədrisə yeri dönəcəyik. Bunun üçün də bütün təhsil işçilərinin vaksinasiyasından keçməsi çox vacib şərtdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR