BŞTİ müdiri: "Paytaxtın 15-ə yaxın məktəbində istilik problemi var"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva

© APA | Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva

# 25 noyabr 2021 15:29 (UTC +04:00)

"Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bəzi məktəblərdə istiliklə bağlı müəyyən problemlər var idi".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, problemlərin çeşidləri də müxtəlif idi - qazın verilməməsi, istilik sistemi, texniki problemlər və s.: "Bir müddət əvvəl istiliklə bağlı ajiotaj var idi, artıq onlar yavaş-yavaş səngiyir. Hazırda təxminən 15-ə yaxın məktəbdə problem var. Bu problemlərin həlli istiqamətdə mütəmadi addımlar atılır".

İdarə müdiri güclü külək nəticəsində problem yaranan məktəblər barədə də danışıb. O qeyd edib ki, problemlər mütəmadi şəkildə olur, amma həll olunması üçün addımlar atılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR