BŞTİ müdiri: "Vaksin olunmayan müəllimlərlə bağlı məhdudiyyətlər tətbiq oluna bilər”

Mehriban Vəliyeva

© APA | Mehriban Vəliyeva

# 22 sentyabr 2021 09:15 (UTC +04:00)

"Hələ də vaksinasiyadan keçməyən təhsil işçiləri var".

APA-nın məlumatına görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, vaksin olunmayan müəllimlərlə bağlı müəyyən məhdudiyyətlər tətbiq oluna bilər: "Bu məsələyə də məktəb rəhbərliyi cavabdehdir və bunu nəzarətdə saxlayaraq tənzimləyirlər. Tədrisə cəlb olunmaq üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır. Əgər bir təhsil müəssisəsinin işçilərinin 80 faizindən çoxu peyvənd olunubsa, həmin müəssisədə tədris prosesinin tənzimlənməsi mümkündür. Bütün bu tələblər təmin olunduğu üçün 310 məktəbin hamısında əyani tədris bərpa olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR