Bu dərs ilindən məktəblərdə inspeksiyalara başlanılacaq

Bu dərs ilindən məktəblərdə inspeksiyalara başlanılacaq
# 17 sentyabr 2021 13:46 (UTC +04:00)

Bu ilin mart-iyun aylarında 24 məktəbdə pilot inspeksiyalar keçirilib.

APA-nın məlumatına görə, bunu "Media və təhsil dialoqu" təlimində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov bildiri.

O deyib ki, 2021-2022-ci tədris ilindən etibarən məktəblərdə real inspeksiyalara başlanılacaq: "İnspeksiya bizim şüurlarda bir az cəzalandırıcı alət kimi görünür. Amma məqsədimiz kimisə cəzalandırmaq deyil. Təhsil Nazirliyinin rəhbərliyinin belə bir niyyəti yoxdur. Məqsəd öyrətmək və təkmilləşdirməkdir. İnspeksiya akkreditasiyadan fərqli olaraq təhsil müəssisəsinin növbəti dövr üçün fəaliyyətinin tənzimlənməsidir. Amma inspeksiya real rejimdə bizə göstərəcək ki, konkret məktəblərdə hansı problemlər var və metodmərkəzlər vasitəsilə o problemlərin aradan qaldırılması istiqamətində işlər görüləcək. Ənənəvi inspeksiyalardan fərqli olaraq məktəblərdə aparılacaq inspeksiyalar hamıya maraqlı olan suala cavab tapacaq ki, mane olan amillər nələrdir, necə edək ki, şagirdlər öyrənsin, müəllimlər öyrətməyə maraqlı olsun. Bizim axtardığımız yalnız bu sualların cavablarıdır. Dəqiq idarəetmə faktoru da burada vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR