Bu gün Bakıda marşrut avtobusları işləməyəcək - VİDEO

Bu gün Bakıda marşrut avtobusları işləməyəcək - VİDEO
# 19 iyun 2021 00:00 (UTC +04:00)

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

APA-nın məlumatına görə, 20 iyun - bazar günü isə Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişin daşımaları adi rejimdə yerinə yetiriləcək.

Həmin gün futbol üzrə Avropa çempionatının Bakıda növbəti oyunu keçiriləcək. A qrupunda Türkiyə yığması İsveçrə millisi ilə qarşılaşacaq. Bununla əlaqədar müntəzəm marşrut xətləri üzrə sərnişin avtobusları bazar günü adi rejimdə işləyəcək.

Bakı metrosunda isə bütün iyun ayı ərzində, o cümlədən bu həftəsonu – iyunun 19-u və 20-də sərnişindaşıma fəaliyyəti davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR