Bu gün lisey və gimnaziyaların boş qalan yerlərinə müraciətlərin qəbulu başa çatır

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 27 iyul 2021 10:50 (UTC +04:00)

İyulun 27-də Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlərin qəbulu başa çatır.

Nazirlikdən APA-ya verilən məlumata görə, müraciətlər bu gün saat 16:00-dək qəbul edilir. Müraciət üçün müvafiq linkə daxil olmaq mümkündür: https://cutt.ly/bm7oBje. Qeyd olunmuş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq.

Nəticələr 30 iyul 2021-ci il tarixinədək şəxsi kabinetlərə göndəriləcək.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR