Bu gün MİQ-də test imtahanı mərhələsinin sonuncu günüdür

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 04 avqust 2021 09:58 (UTC +04:00)

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, imtahanların 21-ci günündə ibtidai sinif müəllimliyi üzrə namizədlər üçün əlavə imtahan keçirilir. İmtahanlarda 1036 namizədin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarına iyulun 5-dən start verilib. Növbəti mərhələdə namizədlər vakansiya seçimində iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR