Bu gündən ali məktəblərə elektron qeydiyyat başlayır

Bu gündən ali məktəblərə elektron qeydiyyat başlayır
# 07 sentyabr 2021 07:00 (UTC +04:00)

Bu gündən tələbələrin qəbul olunduqları təhsil müəssisələri üzrə elektron qeydiyyatı başlayır.

APA-nın məlumatına görə, tələbə adını qazanmış şəxslər sentyabrın 7-dən 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Tələbələr qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək onların müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmr ali məktəbə göndərilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR