Bu gündən Azərbaycanda "Pfizer” peyvəndinin tətbiqinə başlanılır - VİDEO - YENİLƏNİB

Bu gündən Azərbaycanda "Pfizer” peyvəndinin tətbiqinə başlanılır - VİDEO  - YENİLƏNİB
# 07 iyun 2021 07:00 (UTC +04:00)

Xəbərə video əlavə edilib.

***

Saat. 00:00

Bu gündən Azərbaycanda koronavirus əleyhinə "Pfizer” peyvəndinin tətbiqinə başlanılır.

APA-nın məlumatına görə, həmin vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanılır. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Bunun üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürülməlidir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR