Bu il 4 min 600-dən artıq şəxs probasiya qeydiyyatına götürülüb 

Ədliyyə Nazirliyində müşavirə

© APA | Ədliyyə Nazirliyində müşavirə

# 28 iyul 2021 19:52 (UTC +04:00)

Bu ilin birinci yarımilində 4.600-dən artıq şəxs probasiya qeydiyyatına götürülüb.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Probasiya Xidmətinin rəisi, baş probasiya məmuru Akşin Ziyadov bildirib. Onun sözlərinə görə, onlardan 2.100-ü azadlığın məhdudlaşdırılması, 450-dan çoxu nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, 425-i cərimə, 500-ə yaxın islah və ictimai işlər, habelə digər cəzalara məhkum edilmiş şəxslər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR