Bu il 8307 uşaq "sağlamlıq imkanları məhdud uşaq" statusu alıb

Anar Bayramov

© APA | Anar Bayramov

# 19 noyabr 2021 12:05 (UTC +04:00)

“Bu il 2737 nəfərə I qrup, 21 mindən çox şəxsə II qrup, 14 mindən çox şəxsə isə III qrup əlillik verilib. Ən əsas əlillik səbəbləri onkoloji, psixi, göz və sinir xəstəlikləri səbəbindən olub”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il travmalar səbəbindən verilən əlillik sayı da çoxalıb: “Bu, bizə Zəfər qazandıran onlarla, yüzlərlə yaralı qaziyə əlillik təyinatı ilə əlaqədardır. Bu il 8307 uşaq "sağlamlıq imkanları məhdud uşaq" statusu alıb. Bu il 14716 nəfərə ilkin əlillik təyinatı aparılıb. 32803 nəfər isə təkrar əlilliklə bağlı müraciət edib və əlilliyi təsdiqlənib. Müddətsiz əlillik orqanizm funksiyalarının geridönməz sağlamlıq problemləri olduqda verilir. Bu vətəndaşlar yenidən ekspert komissiyasına müraciət etmək məcburiyyətində deyillər. 32803 nəfərə isə təkrar əlillik aparılıb ki, bu əlillik də müddətli aparılır. Bu, 1 il, 2 il, 5 il ola bilər. Bu xəstəliklər əlillik səbəbi olsa da, bərpa olunmaq imkanı var, bu insanlar yenidən cəmiyyətə inteqrasiya oluna bilər. Əlilliyi olan şəxslərin sayının artırılması və ya azaldılması məqsədimiz yoxdur. Məqsəd əlilliyin təyinatı prosesini maksimum dərəcədə obyektiv şəkildə həyata keçirməkdir. İstədiyimiz budur ki, haqqı və əlilliyi olmayan şəxslər heç bir yolla bu məqsədlərinə nail ola bilməsinlər. Bu məqsədlərə çatmaq üçün çox ciddi addımlar atılıb və davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR