Bu il 8600 şəxsə evdə sosial məişət xidməti göstərilib

Bu il 8600 şəxsə evdə sosial məişət xidməti göstərilib
# 29 iyul 2021 15:41 (UTC +04:00)

"Daha 11 mindən çox şəhid ailəsi və qaziyə mənzil veriləcək".

APA-nın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artıq 1300 şəhid ailəsi və qazilərə ev verilib: "Bölgələrdə də fərdi ev tikintisi nəzərdə tutulub, 460-dan çox fərdi evin tikintisinə başlanılıb".

Müharibə əlillərinə avtomobillər də verildiyini xatırladan V. Behbudov deyib ki, ötən il bu kateqoriyadan olan 400 şəxsə avtomobil verilib, bu il də davam etdiriləcək.

Onun sözlərinə görə, bu il 8600 şəxsə evdə sosial məişət xidməti göstərilib: "İyunda Səbail və Yasamal rayonlarında 0-6 yaş aralığında sağlamlıq imkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya göstərilməyə başlanıb. İlin sonuna qədər Bakının hər yerində bu cür uşaqlara sosial reabilitasiya xidməti göstərmək nəzərdə tutulur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR