Bu il Azərbaycanda 190 nəfər qidadan zəhərlənib, 1 nəfər ölüb

Qoşqar Təhməzli

© APA | Qoşqar Təhməzli

# 14 oktyabr 2021 11:17 (UTC +04:00)

Bu ilin 9 ayında Qida Təhlükəsizliyi Agentliyinin 1003 – “Çağrı Mərkəzi”nə müxtəlif məzmunlu 31639 müraciət daxil olub.

APA-nın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, məlumat xarakterli daxil olmuş 1944 müraciətdən 1602-si koronavirus xəstəliyi, 301-i qida zəhərlənməsi, 32-si brusellyoz xəstəliyi, 3-ü qarayara xəstəliyi, 7-si isə vərəm xəstəliyi ilə bağlı olub: "Bu müddətdə qida zəhərlənmələri ilə bağlı 301 müraciət daxil olub. Agentliyin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində 106 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 190 nəfərin qida zəhərlənməsinə məruz qaldığı müəyyən edilib. Zərərçəkənlərdən 1-i vəfat edib".

Q. Təhməzli qeyd edib ki, 9 ay ərzində AQTA-ya istehlakçı hüquqlarının pozulması ilə bağlı vətəndaşlar tərəfindən ümumilikdə 1260 şikayət daxil olub: "Daxil olan şikayətlərin araşdırılması nəticəsində 364 şikayət öz təsdiqini tapıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR