Bu il Azərbaycanda narkotiklərə görə 50-dən çox əcnəbi tutulub

Bu il Azərbaycanda narkotiklərə görə 50-dən çox əcnəbi tutulub
# 26 noyabr 2021 12:31 (UTC +04:00)

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bu ilin 10 ayında cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran İslam Respublikası, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistandandır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kq və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 1580 ədəd güclü təsir edən maddə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR