Bu il DSMF əleyhinə qüvvəyə minmiş məhkəmə qərarlarının sayı açıqlanıb

Dövlət Sosial Müdafiə Fondu

© APA | Dövlət Sosial Müdafiə Fondu

# 15 noyabr 2021 13:34 (UTC +04:00)

Bütün ölkə üzrə məhkəmə mübahisələrində iştirak mərkəzləşdirilib. Bu islahat nəticəsində Dövlət Sosial Müdafiə Fondunun əleyhinə qüvvəyə minmiş məhkəmə qərarlarının sayı 2017-ci ildəki 12000 min işdən bu ilin ilk 8 ayında 465 işə enib.

APA- xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üzrə büdcə layihəsində məlumat verilib. Qeyd edilib ki, beləliklə, məhkəmə aktları üzrə öhdəliklər 63 milyon manatdan 1,7 milyon manata enib. Uduzulmuş işlərin sayında təqribən 96 faiz, uduzulmuş işlər üzrə öhdəliklərdə təqribən 97 faiz azalma var.

Eyni zamanda, bildirilib ki, bütün ölkə üzrə fərdi uçot sistemi tam şəkildə mərkəzləşdirilib. Fərdi uçotun mərkəzləşdirilməsi zamanı benefisiarı bilinməyən 1,1 milyard vəsait aşkar olunaraq konkret şəxslərin hesablarına işlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR